“Gördüm ki, əlindəki “dubinka” ilə üstümə gəlir” - VİDEO

"İşə tələsirdim, həmin sürücüdən yoldan çəkilməsi üçün "miqat" elədim. Sevindim ki, artıq yol ayrılır, o da "Şamaxinka"ya dönüb gedir. Bir də gördüm ki, maşını saxlayıb, əlindəki "dubinka" ilə üstümə gəlir".

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, bunu sosial şəbəkələrdə taksi sürücüsü tərəfindən hücuma məruz qalması ilə bağlı görüntülər yayılan Məltəm Əsgərova bildirib.

O qeyd edib ki, hadisə ötən gün Bakı-Sumqayıt yolunun  Bakı Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığından keçən hissəsində baş verib.

M.Əsgərova deyib ki, sürücünün ona hücum etməsinə səbəb yol üstündə olub:

"Həmin anda yaxşı ki, şüşələri qaldırdım, maşını qıfıla qoydum. Tanımadığım başqa bir sürücü hücum çəkən şəxsə nəsə deməsə idi, hələ də maşını döyəcləyəcəkdi. Məqsədi o idi ki, mən maşını açım".

Ətraflı videomaterialda:

25.05.2024 12:43
1339