"Gördük boğuluruq, bayıra qaçdıq" - Gəncədəki yanğının zərərçəkənləri danışır (Video)

Xəbər verdiyimiz kimi, ötən gün Gəncədə çoxmənzilli yaşayış binasında yanğın baş verib.

Hadisə Əziz Nəzərov küçəsində qeydə alınıb. 17- radələrində dördmərtəbəli yaşayış binasının artırma hissələri demək olar ki yanıb. Hadisə nəticəsində 3 nəfər tüstüdən zəhərlənib ki, bunların da ikisi azyaşlıdır. Xəstəxanaya yerləşdirilən şəxslərin səhhəti normaldır. Yanğın zamanı binadan 20 nəfər təxliyə olunub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə bölməsinin yanğınsöndürənləri və texnikası cəlb olunub. İlkin məlumata görə, yanğın Davud Həsənov adlı şəxsin kirayə qaldığı mənzildən başlayıb. Daha sonra digər mərtəbələrə keçib.

Aparılan tədbirlər nəticəsində bitişik 8 bina yanğından mühafizə olunub. Faktla bağlı araşdırma başlanılıb.

 

İlham Məmmədov, Gəncə

01.09.2022 23:27
1884