Goranboyda yol qəzası olub - xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com-un APA-ya istinadla məlumatına görə, hadisə rayonun Qarqucaq kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" ilə "Nissan" markalı minik maşınları toqquşub.

Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

16.08.2022 21:21
401