Goranboyda yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb

Goranboyda 14 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə

Nadirkənd kənddində baş verib.

Rayon sakini, 2010-cu il təvəllüdlü Abbasov Aydın Abbas oğlunun üzərinə yardımçı tikilidən mişar daşı düşüb. A.Abbasov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

13.06.2024 02:39
595