Goranboyda YANĞIN - 6 aylıq körpə xəsarət aldı

Goranboyda baş verən yanğında 6 aylıq körpə yanıq xəsarətləri alıb.

Məlumata görə, yanıq xəsarətləri alan 2024-cü il təvəllüdlü Ö.Mammedovdur.

Körpənin vəziyyəti ağır olduğundan Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.

***

18:34

Goranboy rayonunun Veyisli kəndində ümumi sahəsi 95 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

15.09.2024 18:50
320