Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.
Hərəkətdə olan “Vaz 21099” və “Geely” markalı iki avtomobil toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.