Goranboyda QƏZA - ölən var

Goranboy rayonunun Dəliməmmədli şəhərində orta yaşlı kişini avtomobil vurub.

Musavat.com-un "Report"a istinadən məlumatına görə, piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

02.11.2022 20:47
864