Goranboyda güclü sel: Bəzi kəndlərə gediş-gəliş dayandı

Güclü yağışdan sonra Goranboya sel gəlib.

Bu gün rayonun Veyisli, Rəhimli, Qazanbulaq, Borsunlu, Qazaxlar, Goranlı və Qazançı kəndlərində sel suları fəsadlar törədib. Sel suları sözügedən kəndlərdə əkin sahələrini, avtomobil yollarına ziyan vurub.

Bəzi kəndlərə gediş-gəlişdə çətinliklər yaranıb.

Goranboy Rayon İcra Hakimiyyətinin nümayəndələri kəndlərə ezam olunublar.//APA

08.06.2024 20:52
1496