Goranboyda ər və arvad döyülüb

 

Daxili İşlər Nazirliyi (DİN) Goranboyda ər və arvadın döyülməsi faktına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib ki, məsələ ilə bağlı Goranboy rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar olaraq RPŞ-də müvafiq araşdırmalar həyata keçirilir. Araşdırmaların və ekspertizanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, hadisə rayonun Kələk kəndində baş verib.

1971-ci il təvəllüdlü Aqil Babayev və onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Mənzurə Sarıyeva döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hər iki şəxsə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, A.Babayev və M.Sarıyeva Aqilin qardaşı oğlu tərəfindən döyülüb.

 

14.04.2022 11:15
435