Goranboy rayonunun Ağcakənd qəsəbəsində minik avtomobili idarəetməni itirərək maneəyə çırpılıb, ata və oğlu xəsarət alıb.
Musavat.com report-a istinadən xəbər verir ki, 1964-cü il təvəllüdlü M.Mustafayev və onun oğlu, 1988-ci il təvəllüdlü A.Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər ikisi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.