Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq digər nəqliyyat vasitələrinə çırpılıb.
Qəza zamanı 1 nəfərin öldüyü bildirilir.
Bir nəfər ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Qəzaya uğrayan hər üç avtomobildə olanlar toydan qayıdırmış.
***
Goranboyda baş verən yol qəzasında daha bir nəfər ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, ağır xəsarətlərlə xəstəxanaya aparılan Hüseynov Rəşad Rəşid oğlu yolda dünyasını dəyişib.
İsgəndərov Ayxan Qabil oğlu isə hadisə yerində ölüb.