“Google” yüzlərlə əməkdaşını ixtisar edir

“Google” şirkəti reklam bölməsində çalışan yüzlərlə əməkdaşını ixtisar edir.

APA xəbər verir ki, şirkət öz qərarını bu sahədə əksər işlərin süni intellektin görməsi və inzibati işlərin azalması ilə izah edib. Bildirilir ki, ixtisarlar həm Kaliforniayadkı baş ofisə, həm də ABŞ-dən kənardakı bürolara şamil edilcəcək.

Qeyd edək ki, şirkət 2023-cü ilin yanvarında 12 000 nəfəri ixtisar edib.

18.01.2024 08:13
455