"Google"la bağlı QƏRAR VERİLDİ - 2,4 milyard avro cərimə ÖDƏYƏCƏK

Avropa Məhkəməsi ABŞ-ın "Google" korporasiyasının Aİ-yə 2,4 milyard avro cərimə ödəməsi barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunub ki, məhkəmə "Google"un 2017-ci ildə Aİ-nin rəqabət qaydalarını pozduğuna görə Avropa Komissiyasının tətbiq etdiyi cərimə kimi 2,4 milyard avro ödəməli olduğuna qərar verib.

Məlumata görə, cərimə "Google"a öz alış-veriş xidmətini dəstəkləməklə dominant mövqeyindən sui-istifadə etdiyinə görə tətbiq olunacaq.

Musavat.com

10.09.2024 12:25
357