Azərbaycan gömrükçüləri 8 Mart - Beynəlxalq Qadınlar Günündə ölkəmizə təyyarə ilə gələn xanımlara xüsusi diqqət göstərib.
Musavat.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, xanım sərnişinlərə Heydər Əliyev Beynəlxalq Aeroportunda çiçək təqdim olunub.