Gömrük xidməti İrandan gələn 2.2 ton "patı"nı ələ keçirdi

Türkiyənin Ticarət Nazirliyi İrandan ölkəyə daxil olan yük maşınında leqal yük kimi bəyan edilən toz halında mallarda 2,2 ton narkotik vasitənin ələ keçirildiyini açıqlayıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, Ticarət Nazirliyindən verilən açıqlamada, gömrük xidməti tərəfindən həyata keçirilən əməliyyatda İrandan Türkiyəyə keçən yük avtomobilində qanuni yük kimi bəyan edilən toz halında malların içərisindən 2,2 ton hopdurulmuş metamfetamin tipli narkotik vasitənin götürüldüyü açıqlanıb.

Doğubəyazıt Prokurorluğunun məsələ ilə bağlı araşdırma apardığı bildirilir.

05.08.2024 09:42
1178