Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli intihar edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə iyulun 13-də Astara rayonu Rüdəkənar kəndində baş verib. Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.
***
Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini intihar edib.
Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Astara rayonu Rüdəkənar kəndində qeydə alınıb.
Orada kirayədə yaşayan, 1986-cı il təvəllüdlü Cahangirli Əli Nəcəfalı oğlu özünü asaraq öldürüb.
Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.