Gizli saxlanan hərbçinin kimliyi İFŞA EDİLDİ: "Səhvən olub..." - ŞOK FOTO

Bayden administrasiyası HƏMAS tərəfindən əsir götürülmüş girovları tapmaq və xilas etmək üçün İsrailə xidmət edən və gizli saxlanan elit ABŞ əsgərinin şəxsiyyətini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu, səhvən baş verib.

Ağ Ev rəsmi Instagram hesabında prezident Baydenin ordunun elitar terrorla mübarizə bölməsindən bir əsgərin əlini sıxdığı foto paylaşıb.

Fotoda digər üç Delta Force döyüşçüsü ilə Baydenin salamlaşdığı və əsgərin üzü aydın görünüb.

Ağ Evin sözçüsü The Post-a etiraf edib ki, sözügedən foto bir saata yaxın sosial şəbəkədə qalıb.

"Bu, diqqətimizə çatdırılan kimi dərhal şəkli sildik. Biz səhvə və onun səbəb ola biləcəyi hər hansı problemə görə təəssüflənirik"

Qeyd edək ki, elit hərbçilərin üzləri və adları gizli saxlanılır ki, onlar əsir düşərsə, düşmən tərəfindən tanınmasın.

65321c944e3fe01f2059f85b.jpg (91 KB)

 

Musavat.com

20.10.2023 13:56
2003