Gizli çəkiliş təsdiqlədi: İsa bulağında çay bu qiymətədir! Jurnalist araşdırması - VİDEO

İlk yayın vaxtı 07.08.2024 13:54

Musavat.com xəbər verir ki, tanınmış bloger və aparıcı Fira Cəlilova Şuşanın İsa bulağında "bir çaynik çay 32 manata verilir" iddiasına son qoyub.

Belə ki, onun apardığı araşdırma və gizli çəkilişlə həqiqət aydınlaşıb. Bəlli olub ki, bir çaynik çay yox, çay dəstgahı 32 manatadır.

"İsa bulağı" istirahət kompleksində çalışan əməkdaş hər şeyi və o cümlədən çay dəstgahı deyilənin tərkibində nələrin olmasını etiraf edib.

O da aydınlaşıb ki, İsa bulağında adi çay "dəstgah" olmadan, 10-12 manatadır. Lakin bunun üçün öncədən yemək yemək lazımdır.

Yalnız çay içmək istəyənlərin iki seçimi var:

1. Çay dəstgahı sifariş edib, 32 manat ödəmək;

2. Yemək sifariş edib, üstündən adi çay içmək.

Musavat.com Fira Cəlilovanın çəkdiyi videonu təqdim edir.

Buyurun, bütün iddiaların cavabını dinləyin.

Musavat.com

08.08.2024 02:22
9504