Xəbər verdiyimiz kimi, martın 11-də axşam saatlarında sosial şəbəkələrdə, xüsusən Teleqramda xof yaradan bir açıqlama yayıldı. Təxribatçı bir səhifə orta məktəblərdə, ticarət mərkəzlərində qanlı hadisələr törədəcəklərinə dair hədələr, təhdidlərlə çıxış edirdilər.
DİN məsələ ilə bağlı dərhal hərəkətə keçdi, bəlli oldu ki, oxşar məzmunlu təhdid daha əvvəl Tatarıstanda da yayılıb. İlkin araşdırmalar zamanı bəlli oldu ki, sosial şəbəkələrin Azərbaycan seqmentində yayılan təhdidlər də saxta səhifələr vasitəsilə, xaricdən təşkil olunur.
Reallıqdan uzaq olan analoji aksiyaların daha əvvəl saxta adlardan istifadə edilməklə sosial şəbəkələr vasitəsilə bəzi xarici ölkələrdəki təhsil müəssisələri ilə əlaqədar həyata keçirildiyi məlumdur.
Ancaq bütün hallarda xeyli valideyn narahat oldu və eyni zamanda bu hadisə bir məsələni gündəmə gətirdi: Azərbaycanda orta və ali məktəblər, ticarət mərkəzləri necə qorunur? Mühafizəçilər varmı?
TV Müsavat-ın reportyor qrupu məktəb və universitetlərdə, ticarət mərkəzlərində, metroda mühafizə sisteminin necə təşkil olunduğunu öyrənmək üçün eksperiment aparıb.
Hazırladığımız reportajı təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com