Gigiyena və Epidemiologiya Mərkəzinin direktorunu maşın vurdu

Şirvanda avtomobil 2 nəfəri vurub.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhərinin H.Əliyev prospektində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil yolu keçən Şirvan sakini, 1959-cu il təvəllüdlü Mehdixan Süleymanovu və daha bir nəfəri vurub. Ağır xəsarət alna M.Süleymanov Şirvan xəstəxanasına çatdırılıb. Digər piyada yüngül xəsarət alıb.

Qeyd edək ki, Mehdixan Süleymanov Şirvan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışır.

20.10.2022 23:00
960