Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən geyim malları anbarında yanğın baş verməsi barədə məlumat daxil olub.
Musavat.com xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğın nəticəsində təkrar istehsalı nəzərdə tutulan geyim malları ümumilikdə 700kv.m. sahədə yanıb.
Anbar və geyim malları yığılmış digər kisələr yanğından mühafizə olunub.