Əksər mağazalarda məhsulların qiymətinin sonu 9 və ya 99 qəpiklə bitir. 1,29, 6,49, 14,99 qəpik və sair.
Psixoloq Könül Xəlilova isə hesab edir ki, 99 strategiyası biznes tələsidir və bu addımla alıcılara maksimum psixoloji təsir edilir. Məsələn, 15 manat 99 qəpiyə satılan məhsulu heç kim 16 manat kimi qəbul etmir, hər kəs fokslanır 15 rəqəminə.
Mütəxəssislər deyir ki, hazırda bu 1 qəpikləri itirməməyin ən optimal yolu nağdsız qaydada, yəni kartla alış-veriş etməkdir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: