GƏRGİNLİK BÖYÜYÜR - Husilərin lideri səfərbərlik elan etdi

Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) lideri Əbdülməlik əl-Husi ABŞ hücumlarının cavabsız qalmayacağını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə o, “Al Masirah” telekanalında çıxışı zamanı bildirib.

"ABŞ-ın istənilən hücumuna cavab 24 PUA və bir neçə raketdən istifadə edilən son əməliyyatdan daha böyük olacaq", - Əl-Husi deyib.

Hərəkatın lideri əlavə edib ki, Yəmənin əksər əyalətlərində hərbi səfərbərlik həyata keçirilir. O, tərəfdarlarını hərbi təlimlərə, yürüşlərə və pul ianələrinə davam etməyə çağırıb.

Qeyd edək ki, 2023-cü ilin dekabrında İsrail və radikal HƏMAS hərəkatı arasında gedən müharibə fonunda Qırmızı dənizdə gəmilərin atəşə tutulması halları artıb. Hücumları Yəməndə İranın dəstəklədiyi husilər həyata keçirir.

Musavat.com

12.01.2024 10:24
1544