Gerasimovdan sərt əmr: "Tapın, məhv edin!

 

RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynanın müharibə zonasında Ukrayna Silahlı Qüvvələrinin üç regiona hücum cəhdi barədə məruzəni dinləyib.

Musavat.com xarici meduaya istinadla xəbər verir ki, Gerasimov BKİ (Baş Kəşfiyyat İdarəsi) rəhbəri və birgə qrupun komanda məntəqəsi qarşısında Ukraynanın S-200 raketlərinin və Ukrayna Silahlı Qüvvələrinin analoji zərbə sistemlərinin buraxılış mövqelərinin tapılıb məhv edilməsi vəzifəsini qoyub.

Bundan əlavə, o, obyektlərin hava zərbələrindən mühafizəsinin yaxşılaşdırılması üçün ən qısa zamanda əlavə tədbirlərin görülməsini tapşırıb.

Musavat.com

 

10.07.2023 13:18
1994