Generalın "qara qutu"su sayılan polkovnikin oğlu HƏBS OLUNDU

Quru Qoşunlarının sabiq komandanı, general-leytenant Ənvər Əfəndiyevin "qara qutusu" kimi tanınan Quru Qoşunlarının sabiq inspeksiya rəisi, polkovnik Saleh Kələntərovun oğlu Rəşid Kələntərovla bağlı qərar verilib.

Sözügedən işə Bakı Hərbi Məhkəməsində baxılıb.

Belə ki, Rəşid Kələntərovun atasının vəzifəsindən və mövqeyindən istifadə edərək müxtəlif hərbi qulluqçuların, əsgərlərin rüşvət müqabilində xidməti yerlərinin dəyişdirilməsinə yol verdiyinə əsaslı şübhələr müəyyən edilib.

Məhkəmənin qərarı ilə Rəşid Saleh oğlu Kələntərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 178.2.3 maddələri ilə təqsirli bilinərək məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Rəşid Kələntərov 288 nömrəli hərbi hissənin zabiti olub.

Xatırladaq ki, Saleh Kələntərov ötən ilin yayında, Ənvər Əfəndiyev isə bu ilin yanvarında tutduqları vəzifələrdən azad olunublar./Bizim.Media

13.06.2024 17:24
1499