General TƏCİLİ Donbasa getdi: Ruslar müdafiəni yardı, 7 istiqamətdə HÜCUM var... - CANLI

Bu gün Ukrayna SQ Rusiyanın daha 3 SU-34 qırıcı-bombardmaçı təyyarəsini vurub. Bu, 1 ayda məhv edilən 13-cü döyüş təyyarəsidir.

Ukrayna Silahlı Qüvvələrin baş komandanı, general Aleksandr Sırski isə cəbhə xəttində (Donbas) olub. Musavat.com xəbər verir ki, general səfərindən sonra cəbhədəki durumdan danışıb.
Sırskinin sözlərinə görə, ruslar cəbhə xəttinin bir çox, xüsusən də Avdiv və Zaporoje istiqamətlərində aktiv hücum əməliyyatlarını davam etdirirlər.

General qeyd edib ki, Rusiya ordusunun hücum bölmələri Ukrayna qoşunlarının müdafiəsini yarıb Tonenke, Orlivka, Semenivka, Berdıçi və Krasnoqorivka yaşayış məntəqələrini ələ keçirməyə çalışırlar.

“Düşmənin nəzarəti bərpa etməyə çalışdığı Verbovoy və Rabotində (Zaporoje) şiddətli döyüşlər gedir”, - general vurğulayıb.

Fevralın 29-na keçən gecə Ukrayna ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin 73-cü Hərbi Dəniz Mərkəzindən olan bir qrup hərbçi döyüşlərdə həlak olub. “Xüsusi tapşırığı yerinə yetirdikdən sonra qrupun əsas qüvvələrinin geri çəkilməsini təmin edən hərbçilər həlak olub”, - məlumatda bildirilir.

Qeyd edək ki, ölənlərin sayı, eləcə də hadisənin baş verdiyi yer göstərilmir. Ukraynanın "Suspilne" telekanalı xəbər verir ki, bir qrup döyüşçü Qara dənizin şimalında, Xerson vilayətinin sahilləri boyunca Tendrovskaya qayalıqlarında möhkəmlənmək istəyərkən həlak olub.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu dekabrda Ukrayna ordusunun 383 min itki (ölü və yaralı birlikdə) verdiyini bildirib. Moskvanın özü də müharibədəki itkilərini açıqlamır. Zelenskinin sözlərinə görə, Rusiya ordusu 500 min itki (ölü və yaralı birlikdə) verib.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi analitik Azad İsazadə ilə cəbhədəki döyüşləri dəyərləndirir.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

29.02.2024 15:00
1101