Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına "general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, "general-mayor” rütbəsi alanlardan biri də polkovnik Bəhmən Rza oğlu Babayevdir.
News24.az-ın əldə etdiyi məlumata görə, polkovnik Bəhmən Rza oğlu Babayev Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusunun кomandiri general-mayor Münasib Balaca oğlu Babayevin əmisi oğludur.