General Firuddin Nəbiyev İSTEFAYA göndərildi - FOTO

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsi idarə rəisinin müavini polkovnik-leytenant Anar İsmayılova həvalə olunub.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

***

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firuddin Nəbiyev istefaya göndərilib.

O, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya göndərilib. (Report)

29.05.2024 14:23
2771