Gəndob-Yalama yolunda "KaMaz"la "TIR"ın toqquşması nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub.
"Report"un Şimal bürosunun xəbərinə görə, qəzada hər iki sürücü - Dağıstan Respublikası vətəndaşı, 1986-cı il təvəllüdlü Nəriman Ramazanov və Şabran rayon Rəhimli kənd sakini, 1972-ci il təvəllüdlü Ayaz İskəndərov ölüblər, sərnişin Əmirxanlı kənd sakini Elçin Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Şabranda 2 yük maşını toqquşub, ölənlər var.
"Report"un Şimal bürosunun xəbərinə görə, hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
İlkin məlumata görə, hadisəyə səbəb "KaMAZ" markalı yük avtomobilinin təkərinin partlaması nəticəsində qarşıdan gələn TIR avtomobilinə çırpılmasıdır.
Faktla bağlı araşdırma aparılır.