Gənclər hərəkətdə olan avtomobilin üzərində içki məclisi təşkil ediblər.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Patrul.az-a bildirib ki, sürücü barəsində tədbir görülüb:
"Sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılıb. Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə həmin avtomobilin sürücüsü müəyyən edilib. Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb".
Həmin görüntüləri təqdim edirik: