Gəncəyə helikopterlə gedən Hüseyni polislər qorudu - VİDEO

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Gəncə şəhərinə yollanıb.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, o, Gəncəyə helikopterlə gedib.

Həsənov bildirib ki, səfərin məqsədi Göygölə baş çəkməkdir. Göl ətrafını bloger polislərin müşayiəti ilə gəzib.

O, buranın təbiətinə aşiq olduğunu qeyd edib. Daha sonra Həsənov Gəncədə gənclər üçün tikilən böyük idman kompleksinə də baş çəkib.

Bloger bildirib ki, sözügedən arenaya şəhərin başçısı ilə birgə yollanıb.

 

21.08.2024 08:15
980