Gəncədəki qətlin səbəbi məlum olub

Gəncədə bir nəfərin ölümü, iki nəfərin ağır xəsarət aldığı davanın təfərrüatları məlum olub.

APA-nın yerli bürosu xəbər verir ki, pul üstündə baş verən dava zamanı güllələnən Əli Bayramov ingilis dili müəllimi imiş. Ə.Bayramov 3 uşaq atası olub. Davaya səbəb isə onun qohumları olan iki qardaş - Kamal və Niyazi Bayramovlardan aldığı pulu qaytarmaması olub.

Hazırda araşdırma aparılır.

Məlumata görə, mərhum Kamal Bayramovla Daşkəsən rayonunda eyni məktəbdə işləyirmiş.

11.12.2022 23:45
1490