Gəncədə bir nəfərin öldüyü, iki nəfərin ağır xəsarət aldığı davanın təfərrüatları məlum olub.
Musavat.com APA-ya istinadən xəbər verir ki, pul üstündə baş verən dava zamanı güllələnən Əli Bayramov ingilis dili müəllimi olub.
Ə.Bayramov 3 uşaq atası idi. Davaya səbəb isə onun qohumları olan iki qardaş - Kamal və Niyazi Bayramovlardan aldığı 1000 manat pulu qaytarmaması olub.
Hazırda araşdırma aparılır.