Gəncədə yol qəzası olub - ÖLƏN VAR

Gəncədə ölümlə nəticələnən ağır avtomobil qəzası olub.

Hadisə şəhərin çıxışında qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobil metal arakəsməyə çırpılıb.

Qəza nəticəsində 1 nəfər aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onun şəxsiyyəti araşdırılır.

Faktla bağlı araşdırma aparılır./Report

02.01.2025 22:00
721