Gəncədə yeniyetməni elektrik cərəyanı vurdu

Gəncədə yeniyetməni elektrik cərəyanı vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin Gəncə şəhər stansiyasında qeydə alınıb.

İlkin məlumata görə, 15 yaşlı Cəfərov Elgün ağır yanıq xəsarətləri alıb və 3 nömrəli xəstəxanaya yerləşdirilib.

Hadisə yeniyetmənin dəmiryolu stansiyasında boş olan vaqonların üzərinə çıxması və orada oynaması nəticəsində baş verib.

25.12.2022 19:50
380