Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2009-cu il təcəllüdlü A.Namazov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncə şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

15 yaşlı A.Abbasov mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinənin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

13.08.2024 02:21
297