Gəncədə yeniyetmə bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Köhnə maşın bazarı” adlanan ərazisində qeydə alınıb.

2005-ci ildə anadan olmuş Novruzov Həsən bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.

20.09.2022 02:06
668