Gəncədə yaşlı kişi özünü binadan atıb

Gəncə şəhərində intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. İlkin məlumata görə, təxminən 60-70 yaşlarında kişi özünü binanın beşinci mərtəbəsindən ataraq intihar edib. Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.

İlkin məlumata əsasən ,intihar edən şəxs uzun sürən xəstəlikdən əziyyət çəkib.

26.03.2022 23:35
445