Gəncədə sursat PARTLADI - Ölən var

Gəncə şəhər Məhsəti qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

Məlumata görə, Daşkəsən rayonu sakini, 1974-cü il təvəllüdlü Asit Tağıyev sursatın partlaması nəticəsində aldığı xəsarətdən həyatını itirib.

Qeyd edək mərhum həmin sursatı taparaq yaşadığı ünvana gətirib və ehtiyatsızlıqdan partlayış olub.

Faktla bağlı araşdırma aparılır.//Report

17.12.2024 14:06
797