Gəncədə sirkə turşusu içən qadın xəstəxanada öldü

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin F.Bayramov küçəsində qeydə alınıb.

Belə ki, 1941-ci il təvəllüdlü M.Babayeva evdə sirkə turşusu içərək zəhərlənib.

Yaşlı qadın xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, M.Babayevanın həyatını xilas etmək mümkün olmayıb.

Qadının hansı səbəbdən sirkə turşusu içdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

02.09.2024 03:34
405