Gəncədə baş verən qətlin bəzi təfərrütları məlum olub
APA-nın yerli bürosunun məlumatına görə, qardaş bacısını instaqramdan istifadə etdiyi üçün bıçaqlayıb.
O bacısının boğazını kəsərək qətlə yetirib.
Qeyd edək ki, Əli Allagverdizadə hərbçidir.
***
Gəncədə bacısını qətlə yetirən qardaş saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya daxil olan sorğuya cavab olaraq bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.
***
Gəncədə qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.
Belə ki, qardaş bıçaqla bacısını qətlə yetirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olub.