Gəncədə qadın öz evində zorlanıb

Gəncə şəhərində 30 yaşlı qadın zorlanıb.

Qadın qeyri-rəsmi yaşadığı şəxs tərəfindən təcavüzə məruz qalıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İkinci Polis Şöbəsinə 30 yaşlı qadın müraciət edərək, qeyri-rəsmi yaşadığı şəxs tərəfindən seksual xarakterli zorakılığa məruz qaldığını bildirib:

“Dərhal müvafiq araşdırmalar həyata keçirilib. Cinayət işi açılıb, məsələ Gəncə Şəhər Prokurorluğuna göndərilib. Artıq ekspertiza təyin edilib. Araşdırma nəticəsindən asılı olaraq, şəhər prokurorluğunda məsələyə hüquqi qiymət veriləcək”.

25.10.2022 21:44
1906