Gəncədə poliklinikanın tavanı çökdü: İşçilər və pasiyentlər təxliyə olunub

Gəncə şəhərində 2 saylı poliklinikanın laboratoriya otağının tavanı çöküb.

Musavat.com Report-a istinadla xəbər verir ki, hadisə səbəbindən poliklinikada çalışan tibbi heyət və pasiyentlər təxliyə olunub.

Hazırda problemin aradan qaldırılması ilə bağlı lazımı işlər aparılır.

24.10.2022 13:18
715