Gəncədə kişi döş qəfəsindən bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhər ərazisində qeydə alınıb.

1985-ci il təvəllüdlü V.Bayramov döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.//APA

18.05.2025 04:03
392