Gəncədə Kəlbəcər sakininə atəş açıldı, saxlanılan var

İyunun 7-də saat 17:45-də Gəncə şəhər ərasizində Kəlbəcər rayon sakini B. Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Musavat.com-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1981-ci il təvəllüdlü Kəlbəcər rayon sakini H.Mamedov müəyyən olunaraq saxlanılıb. 

Ondan ov tüfəngi aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

07.06.2024 20:39
868