Gəncədə itkin düşən ata və oğlu tapılıb

Gəncə şəhərində fevralın 12-də itkin düşən 1971-ci il təvəllüdlü Nəriman Süleyman oğlu Əliyev və oğlu, 2008-ci il təvəllüdlü Rəvan Nəriman oğlu Əlizadə tapılıblar.

"Report"un Qərb bürosunun məlumatına görə, onların yeri Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri axrarış tədbirləri nəticəsində müəyyənləşib.

N.Əliyev və R.Əlizadə Bakı şəhərində tapılıblar.

19.02.2024 10:20
1234