Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Musavat.com-un "Report"a istinadla məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb.
Yaralanan şəxslər xəstəxanaya aparılıblar.
Zərərçəkmişlərin şəxsiyyəti və hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.