Gəncədə DƏHŞƏT - Keçmiş prokurorun oğlu yanaraq ÖLDÜ

Gəncədə evdə baş verən yanğında ölən 1966-cı il təvəllüdlü Kamil Quliyev Daşkəsən rayonunun keçmiş prokuroru mərhum Nəbi Quliyevin oğludur.

Musavat.com "Report"a istinadən xəbər verir ki, Kamil Quliyev evdə tək yaşayırmış və səhhətində problemlər olub.

Quliyevlər əslən Kəlbəcər rayonundandırlar.

Qeyd edək ki, Gəncə şəhərində ümumi sahəsi 190 m² (hər mərtəbəsi 95 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində bir otağında ev əşyaları 50 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Gəncə şəhərində yanğın hadisəsi olub, 1 nəfər ölüb.

Hadisə şəhərin Bursa küçəsində qeydə alınıb.

Ümumi sahəsi 190 kvadratmetr olan 2 mərtəbəli evdə baş vermiş yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb.

Evə baxış zamanı 1966-cı il təvəllüdlü Kamil Quliyevin meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

13.04.2024 13:54
1648