Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində çirkab sularının yığışdığı çuxurda naməlum kişi meyiti olması ilə bağlı məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a bildirilib ki, dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
Meyit çuxurdan çıxarılaraq müvafiq ekspertizaya göndərilib.
İlkin araşdırmalar zamanı onun şəhər sakini 1940-cı il təvəllüdlü İsa Hümbətov olması və tapıldığı ərazisinin yaxınlığında yaşaması məlum olub.