Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məluamtına görə? hadisə şəhərin Nizami rayonu ərazisndə qeydə alınıb.
30-40 yaşlı Elşad adlı şəxs qarının kəsilmiş deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat edilib,vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
***
Gəncədə baş verən bıçaqlanmanın bəzi tərəfərrutları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən şadlıq saraylarından birində qeydə alınıb.
1982-ci il təvəllüdlü Elşad Məmmədov 1984-cü il təvəllüdlü Kəramət Abdullayevlə mübahisə edib. Nəticədə hər iki şəxs bir-birinə bıçaq xəsarətləri yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.